Azərbaycan Ukraynadan hərbi təyyarələr alır
Bizi izləyin

Nida.az

Azərbaycan Ukraynadan hərbi təyyarələr alır

Ukrayna dövlət müəssisəsi “Antonov” Azərbaycana 10 yeni “An-178” hərbi-nəqliyyat təyyarəsi satmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi bildirib.

Agentliyin məlumatına görə, şirkət daha iki təyyarəni Çinə satacaq.

Qeyd edilir ki, Azərbaycanın “Silk Way Airlines” və Çinin “Beijing A-Star airspace and technology Co.” şirkətləri sifarişçilərdir. Təyyarələrin çatdırılma müddəti və müqavilənin detalları hələ açıqlanmır.

Təyyarənin yükgötürmə qabiliyyəti 18 tondur. Bu təyyarəyə bazarda “An-12” təyyarəsinin əvəzləyicisi kimi tanınır.

Ukrayna aviasiya mütəxəssislərinin fikrincə, “An-178” təyyarəsinin satış bazarı 10-12 il ərzində təxminən 800 təyyarə təşkil edə bilər. Onun təxmini dəyəri 40-70 milyon dollar qiymətləndirilir.

Azərbaycan və Çin şirkətlərinin sifariş verdiyi bütün təyyarələr Kiyevdə yığılacaq. Sazişin həcmi açıqlanmayıb. Məlumata görə, hazırda bu təyyarəyə sifarişlərin ilkin paketi təxminən 100 vahid təşkil edir.

“An-178” ilə Səudiyyə Ərəbistanı və Fars körfəzinin ölkələri maraqlanır. 2010-cu ildən yığılmağa başlayan təyyarə İtaliyanın “Aleniya” C-27j, ABŞ-ın “Lockheed Martin” C-130j, Braziliyanın “Embraer” KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqib kimi göstərilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm