Nida.az
Ermənistan prezidenti Vyanaya gedir – Prezidentlərin görüşü təsdiqləndi
Ermənistan prezidenti Serj Sərkisyan mayın 16-da Vyanaya işgüzar səfərə gedəcək.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezident administrasiyasının mətbuat xidmətindən bildirilir.
Məlumata görə, mayın 16-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutacaq Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq.
İnformasiyanı Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü
Tiqran Balayan da “Twitter” səhifəsində təsdiqləyib.
Qeyd edək ki, iki gün əvvəl “RİA-Novosti” agentliyi diplomatik
mənbəyə istinadən Azərbaycan və Ermənistan prezidentləri İlham
Əliyev və Serj Sarkisyanın mayın 16-da Avstriyanın paytaxtı Vyanada
görüşəcəyini xəbər verib.
Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov, Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerrinin də prezidentlərin görüşündə iştirak edəcəyi gözlənilir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da keçirdiyi ənənəvi brifinqdə görüşün planlaşdırıldığını təsdiqləyib. Onun sözlərinə görə, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir:
“Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək”, - Zaxarova bildirb.
Ömər Dağlı
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL