Sarkisyanın bağ evinə hücum olub
Bizi izləyin

Nida.az

Sarkisyanın bağ evinə hücum olub

İrəvanda Ermənistan hakimiyyətinin əleyhinə etiraz aksiyası keçirilib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkə prezidenti Serj Sərkisyanın bağ evi kimi məşhur olan əraziyə keçməyə çalışıblar.

“Biz ölkənin sahibləriyik!” təşəbbüs qrupunun təşəbbüsü ilə keçirilən etiraz aksiyasının iştirakçılarının yolunu polis və xüsusi təyinatlılar kəsib. Aksiya iştirakçıları müdafiə və xarici işlər nazirlərinin istefasını tələb ediblər.

Aksiya iştirakçıları 15 dəqiqə ərzində tələb ediblər ki, Serj Sərkisyan evdən çıxaraq onların tələblərini dinləsin. Amma onların tələbi yerinə yetirilməyib. Etirazçılar daha sonra polis və xüsusi təyinatlıların müşayiəti ilə Azadlıq meydanına doğru yürüş ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm