• USD 1,7008 0,00% EUR 1,9963 -0,36%
    • GBP 2,1926 -0,12% RUB 0,0287 +0,35%

Ərdoğan Azərbaycan Prezidentini qızının toyuna dəvət etdi – FOTOLAR

  • Nida.az
  • 14 May 2016 13:08
  • 1 419 Baxış
Ərdoğan Azərbaycan Prezidentini qızının toyuna dəvət etdi – FOTOLAR

Bu gün İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan ilə iş adamı Selçuk Bayraktarın toy mərasimi başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, toya 35 min nəfər qonaq dəvət edilib.

Artıq Türkiyə mediası bu gün avtomobillə gəzintiyə çıxan bəylə gəlinin birgə fotolarını da yayımlayıb.

Nikah mərasimi bu gün Türkiyə saatı ilə 15:00-da İstanbulun Halkalı bölgəsindəki “Yahya Kemal Beyatlı” sərgi mərkəzində baş tutacaq.

Toy mərasimi ilə əlaqədar İstanbulun bir neçə küçə və prospekt yolları bağlanıb, ərazidə polis postları qurulub.

Türkiyə mediası bir neçə ölkənin dövlət başçıları və rəsmi şəxslərinin də toya dəvət edildiyini tazıb:

“Ötən həftə Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə, Səudiyyə ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səudə, Pakistanın baş naziri Navaz Şərifə, Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Taniyə və digər bir neçə rəsmiyə şəxsən zəng edərək, onları və ailə üzvlərini toya dəvət edib”.

Qeyd edək ki, Sümeyye Ərdoğanın nikah şahidi Türkiyənin hazırkı baş naziri Əhməd Davudoğlu, Səlcuk Bayraqdarın nikah şahidi isə Baş Qərargah rəisi, general Hulisi Akardır.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>