• USD 1,7008 +0,01% EUR 1,9972 -0,29%
    • GBP 2,1893 -0,72% RUB 0,0284 0,00%

"DQR"in tanınması oyunu bitdi – QƏRAR

  • Nida.az
  • 16 May 2016 13:09
  • 1 758 Baxış
"DQR"in tanınması oyunu bitdi – QƏRAR

Ermənistan parlamentinin xarici əlaqələri üzrə komissiyası Dağlıq Qarabağın tanınması haqqında layihəni parlamentin plenar iclaslarının gündəliyinə salmaqdan imtina edib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, layihə komissiyada səsverməyə çıxarılıb.

Layihəni yalnız “İrs” fraksiyasının nümayəndəsi Tevan Poqosyan dəstəkləyib.

Komissiyanın sədri Artak Zakaryan qeyd edib ki, hələ “DQR”i tanımağın vaxtı çatmayıb: “Mənim dərin inamıma görə, bu an hələ gəlməyib, bizə səbr lazımdır. Bunu o vaxt etmək lazımdır ki, Qarabağın tanınması halında Ermənistan tam yalqız olmasın”.

Qeyd edək ki, layihənin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR