Qarabağda Suriya ssenarisi: prezidentlər Vyanada əl sıxacaqmı?
Bizi izləyin

Nida.az

Qarabağda Suriya ssenarisi: prezidentlər Vyanada əl sıxacaqmı?

Bu gün Bakı vaxtı ilə axşam saatlarında Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Görüş Rusiya, ABŞ və Fransa xarici siyasət rəhbərlərinin iştirakı ilə də diqqət çəkir.

Publika.az xəbər verir ki, rusiyalı politoloq görüşə dair müxtəlif versiyalar irəli sürüblər.

MDB ölkələləri İnstitutunun direktor müavini, politoloq Vladimir Jarxin hesab edir ki, görüşdə tərəflər atəşkəsə riayət etməyə dəvət olunacaq: “Bu görüşdə Rusiya və Birləşmiş Ştatların birgə iştirakı təsdiq edir ki, Dağlıq Qarabağ ətrafında vəziyyət danışıqlar masasına keçəcək. Fikrimcə, tərəflərə ciddi arqumentlər təqdim ediləcək və münaqişə danışıqlar mərhələsinə keçəcək”.

Politoloq Valeri Xomyakov isə fərqli düşünür. Onun fikrincə, regiondakı ziddiyyətlər münaqişənin sakit mərhələyə keçməsinə imkan verməyəcək.

“Aprel döyüşləri bunu sübut etdi. Çox maraqlıdır ki, prezidentlər görüşdə bir-brinə necə münasibət bəsləyəcək, bir-birinin əlini sıxacaqlarmı?! Bəzən ilk addım sonrakı prosesə də ciddi təsir edir”, - deyə o bildirib.

Beynəlxalq hümanitar-siyasi tədqiqatlar institutunun eksperti Vladimir Bruter düşünür ki, Vaşinqton və Moskvanın münaqişəyə dair birgə çıxışı yaxşı gələcək vəd edir: “Toqquşmaların dayandırılması üçün əsaslar var. Xüsusilə Ermənistan-Azərbaycan müharibəsi regionda yeni Suriya variantına səbəb ola bilər. Bu da böyük oyunçuların maraqlarına qarşıdır. Çünki Qarabağda müharibə domino effekti yarada və yanğın böyük güclərə də sıçraya bilər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm