• USD 1,7008 0,00% EUR 2,0081 +0,46%
    • GBP 2,1911 +0,05% RUB 0,0288 0,00%

Tomas de Vall: “Qarabağda müharibə yenilənə bilər” - MÜSAHİBƏ

  • Nida.az
  • 17 May 2016 11:11
  • 1 113 Baxış
Tomas de Vall: “Qarabağda müharibə yenilənə bilər” - MÜSAHİBƏ

“Karnegi” fondunun Cənubi Qafqaz və Asiya üzrə eksperti, britaniyalı jurnalist Tomas de Vall Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı Rusiya KİV-nə müsahibə verib.

Publika.az
həmin müsahibəni təqdim edir.


- Qarabağ zonasında gərginlik bir qədər yatıb. Bu sakitlik uzun müddət davam edə bilərmi?

- Qorxuram ki, yox. Vəziyyət hələ də kövrək olaraq qalır. Həqiqətən də münaqişənin yenilənməsinə dair qorxular var. Azərbaycan yeni siyasi prosesin başlanmasını istəyir, erməni tərəfi atəşkəsin möhkəmləndirilməsini. Qorxuram ki, yaxın aylarda münaqişəyə dair ciddi sıçrayış olmayacaqsa, müharibə yenilənə bilər. Vəziyyət həqiqətən də ekstremaldır.


- Necə düşünürsünüz, bu vəziyyətdə Rusiyanın maraqları nədir? Moskva müharibəyə qarışacaqmı? Ümumiyyətlə Rusiya münaqişənin həllini, yoxsa eskalasiyasını istəyir?

- Bu barədə nəsə demək çətindir. Amma bir məsələni inamla demək olar: Ukrayna və gürcü münaqişələrindən fərqli olaraq Qarabağda vəziyyəti Rusiya idarə etmir, orada onun sülhməramlıları yoxdur. Bundan başqa, Rusiyanın hər iki ölkədə maraqları var. Düşünürəm ki, münaqişənin yenilənməsi Rusiyaya dəqiq lazım deyil. Çünki onun Ermənistanla hərbi öhdəlikləri var, Azərbaycanla isə münasibətlərini korlamaq istəmir. Yeni müharibədə Rusiya hər iki tərəfi dəstəkləməyə məcbur olacaq ki, bu da onun maraqlarına uyğun deyil. Ehtimal ki, Rusiya münaqişənin həllini istəyir. Lakin o şərtlə ki, bu, onun təşəbbüsü altında baş verməlidir. Mümkündür ki, Rusiya münaqişə zonasına öz sülhməramlılarını yerləşdirmək və Cənubi Qafqazda öz təsirini gücləndirmək istəyir. Lakin son söz İlham Əliyev və Serj Sarkisyanındır. Fikrimcə, onların heç biri müharibə istəmir. Lakin müharibənin başlama riski böyükdür və bu hər an baş verə bilər.


- Regionda Türkiyə, İran kimi ölkələr hansı addımı ata bilər?

- Türkiyə yeni müharibədə dəqiq maraqlı deyil. O, Azərbaycanı qəti şəkildə dəstəkləyir. Türkiyə amili Azərbaycanın sakitləşdirilməsində rol oynaya bilər. İrana gəlincə, o, regionda yeni amildir. İran yavaş-yavaş regiona qayıdır, lakin bu proses yavaş gedir. İran da müharibədə maraqlı deyil, çünki hər iki ölkə ilə qonşudur. Ümid edirəm ki, İran daha dinamik rol oynaya bilər.


- Ümumiyyətlə münaqişənin xüsusiyyətləri nədir?

- Burada milli emosiyalar güclüdür, hər iki tərəfdə xalq Qarabağla nəfəs alır. Bu baxımdan, ictimaiyyətin liderlərə təsiri böyükdür. Ermənistanın torpaqları işğal etməsi Azərbaycan üçün qəbuledilməzdir. Ümumiyyətlə münaqişə mürəkkəb coğrafiyada yerləşir.

Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>