Nida.az
Bu şəxslərə qısaldılmış iş rejimi şamil ediləcək
“Azərbaycanda 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlərə də qısaldılmış iş vaxtı rejimi şamil edilə bilər”.
Publika.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı Əmək Məcəlləsinə yeni dəyişikliyin edilməsi təklif edilib.
Məcəllənin hazırkı variantına əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və I, II qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. Məcəlləyə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən isə qısaldılmış iş vaxtı yuxarıda adı sadalanan kateqoriyadan olan insanlarla yanaşı, 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil olunacaq.
Layihədə qeyd edilir ki, belə valideynlər üçün qısaldılmış iş vaxtının müddəti həftə əzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsinə təklif olunan dəyişiklik iş şəraitinin ailə öhdəlikləri ilə uzlaşdırılması üçün onlara qısaldılmış iş vaxtının müəyyən edilməsi və bu zaman əmək haqqının bütöv saxlanılması, uşağa qulluqla bağlı problemlərinin qismən də olsa həll edilməsi məqsədi daşıyır.
Deputat Fazil Mustafa təklif edib ki, burada güzəşt 3 yaşa kimi deyil, uşaqların məktəbəqədər dövrü, 6 yaşa kimi tətbiq edilsin: “Bəzi valideynlər var ki, onlar övladlarını bağçaya qoya bilmir. Yaşadığı ərazidə bağça olmur və ya səbəblərdən apara bilmir. Yaxud da ana övladını təkbaşına böyüdür. O ailələrin vəziyyəti nəzərə alınaraq mətkəbəqədərki dövrə qədər olan uşaqları da bu siyahıya salmağı təklif edirəm. düşünürəm ki, bu o qədər də böyük xərc tələb etmir və saat fərqi az olur, iş saatına o qədər də mənfi təsir etmir. BU insanların vəziyyətinin yüngülləşdirilməsi baxımından faydalı olar”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deputata cavab olaraq qeyd edib ki, bu gün hələlik imkanımız buna çatır: “Xərc tələb etmir dediniz, amma bunu hesablamaq lazımdır. Hələki imkanımız buna çatır”.
Daha sonra dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.
Vasif Həsənli
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."