Ərdoğan Əjdərbəy məscidində namaz qılacaq
Bizi izləyin

Nida.az

Ərdoğan Əjdərbəy məscidində namaz qılacaq

Ərdoğan Əjdərbəy məscidində namaz qılacaq

Azərbaycanın şimal regionunda işgüzar səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bu gün Azərbaycana gəlməsi gözlənilən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın səfərini şərh edib.

Şeyx Ərdoğanın Bakı səfəri zamanı da Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu nümayiş etdiriləcəyini deyib: “Bu gün Ərdoğan Bakıya gəlir, Əjdərbəyə gəlir. Əjdərbəy məscidində, həm sünilər, həm də şiələr bir yerdə namaz qılacaq. Bunu nə Türkiyədə, nə İranda, nə də Rusiyada tapa bilərsən, bunu ancaq Azərbaycanda tapa bilərsən”.

Xatırladaq ki, Şimal zonasına səfəri zamanı Şeyx Quba, Qusar və Xaçmaz rayonlarının hər birində məsçidlərin bərpası üçün 10 min AZN pul ayırıb. Səfər çərçivəsində bölgədə radikal dini təmayüllərin təbliğatının əleyhinə olan ədəbiyyat da paylanılıb. Hacı Allahşükür Paşazadə bu rayonlarda yaşayan bütün dindarların problemlərinə hörmətlə yanaşılacağını bildirib (ANS).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm