Rasim Musabəyov: “Prezidentlərin növbəti görüşündə sənəd təklif olunmalıdır”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Prezidentlərin növbəti görüşündə sənəd təklif olunmalıdır”

“Vyana görüşü Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının ilkin şərtlərinə aid idi”.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, ilk növbədə atəşkəs rejiminin möhkəmləndirilməsi istiqamətində müəyyən hərəkətlilik var: “ATƏT-in xüsusi nümayəndəsi aparatı bir qədər gücləndirilmiş səviyyədə monitorinq aparmaq istəyir. Əgər prezidentlər iyun ayında yenidən görüşəcəklərsə, o zaman Minsk qrupu həmsədrləri, Azərbaycan və Ermənistan XİN rəhbərləri müzakirə etmək üçün sənəd təklif etməlidir. Əgər bu görüşün ardında danışıqlar normallaşacaqsa, o zaman irəliləyişə nail olmaq olar. Lakin mən qeyri-konstruktivliyin olacağı ehtimalını istisna etmirəm. Əgər bu olacaqsa, o zaman təmas xəttində kəskinləşmənin yenidən şahidi olacağıq. Azərbaycanın ərazilərinin işğalda qalması ilə barışacağı haqda illüziyalar əsassızdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm