Komitə sədrindən sərt sözlər: “AMEA-da ciddi islahatlar olmalıdır”
Bizi izləyin

Nida.az

Komitə sədrindən sərt sözlər: “AMEA-da ciddi islahatlar olmalıdır”

“Prezident İlham Əliyevin təhsilə, elmə olan qiyməti son nəticədə qanunvericilik istiqamətində yeniliklərin tətbiq olunması ilə bağlıdır. Gənclərimizin elmə gəlməsi üçün şərait yaratmalıyıq”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentin bu gün keçirilən plenar iclasında “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Komitə sədri təəssüflə deyib ki, indi Azərbaycan elmi yaşlaşır, ancaq bütün dünyaya əks-proses gedir: “İsa müəllim Həbibbəylidən xahişim var ki, elmi işçilərin vəzifələri maddəsində, kiçik elmi işçidən tutmuş baş elmi işçiyə qədər vəzifələr qeyd olunsun. Gənc baş elmi işçiyə gələnə qədər 75 yaşı olacaq. Gəncləri müəyyən qədər stimullaşdırmalıyıq. İmkan yaradaq ki, insanın əlində şərait olsun. Bu məsələni dəfələrlə qaldmırşıq. Birinci oxunuşda da bildirmişik. Dünya elmində belə bölüm yoxdur. Çox xahiş edirəm bu, nəzərə alınsın”.

F.Muradov qanun layihəsində elmi fəaliyyətin Azərbaycan modelinin formalaşdırılması maddəsinə də toxunub: “Bu gün dünyada artıq sərhədlər yoxdur. Yaxşı olar ki, elmin Azərbaycan modelinin formalaşdırılması olsun. Amma reallıq onu göstərir ki, bu gün bu, mümkün deyil. Ayrıca heç bir istiqamətdə bunu inkişaf etdirə bilmərik. Elmi işçilərin, xüsusilə gənclərin iş məsələsini qeyd etmək istəyirəm.

Elmi işçi elmi müəssisədə çalışır. Bir reallıqları bilirik ki, bir dənə işlə bağlı elmi işçi, gənc özünü dolandıra bilmir. AMEA-da ciddi islahatlar olmalıdır. İnstitutların sayı elmi işçilərin sayından çoxdur”.

Deputat təhsilin davamlıq məsələsi barədə danışıb: “Biz müharibə şəraitində yaşayırıq. Peşəkar ordunun yaranması vacibdir. Bilməliyik ki, gənclərimiz hərbi xidmətə hazır olmalıdır və müəyyən bacarıqları olmalıdır. Təklif edirəm ki, orta məktəbi bitirdikdən sonra hamısı hərbi xidmətə getsin. Yoxsa ali məktəbə daxil olur, əsgərliyə gedir, təzədən gəlib magistraturanı davam etdirəcək. Elmin davamlılığı olmasa, nailiyyət olmayacaq. Biz bunu burda edə bilmiriksə, qayda olaraq tətbiq edək ki, orta məktəbi bitirib əsgərliyə getsin. Eyni zamanda xarici ölkələrin elmi dərəcələrinin və adlarının tanınması barədə maddə də var. Bəs tanınmaması? Əgər biz hamısını tanıyırıqsa, bunu da yazmışıqsa, deməli bu proses haradasa pozula bilər. Yoxsa müxtəlif institutlardan elmi dərəcə alırlar və gəlib burada tələb edirlər ki, onları tanıyaq”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq II oxunuşda qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm