Tomas de Vall təəcüblənib: “1995-ci ildən bəri ilk dəfə...”
Bizi izləyin

Nida.az

Tomas de Vall təəcüblənib: “1995-ci ildən bəri ilk dəfə...”

1995-ci ildən bəri ilk dəfə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasına dair monitorinq missiyasının gücləndirilməsinə dair təkliflərini qəbul etdi.

Virtualaz.org xəbər verir ki, bu barədə Qarabağ üzrə nüfuzlu ekspert, Karnegi Fondunun (Britaniya) baş elmi əməkdaşı Tomas de Vall özünün Facebook səhifəsində Vyanada keçirilmiş görüşün nəticələrini şərh edərkən yazıb.

“Nəticələr mənim gözləntilərimi aşdı. 1995-ci ildən bəri ilk dəfə səfir Kasprşikin atəşkəsin pozulmasının monitorinqinə dair missiyanın möhkəmləndirilməsi təklifi qəbul edildi. Nə nəhayət insidentlərin araşdırılması mexanizminə dair 2011-ci ildə Rusiya prezidenti Medvedyevin verdiyi təklifə dair razılaşma əldə olundu”-eksert yazıb.

Tomas de Vall qeyd edib ki, Fransanın itkin düşmüş şəxslərə dair təkliflərinin razılaşdırılmasında da proqress müşahidə edilir. “Hələ çox iş görmək lazımdır, ancaq bu, yaxşı başlanğıcdır”-ekspert yazıb.

Azərbaycan tərəfi hələlik Vyana görüşünün nəticələrinə dair heç bir şərh vermir. Rəsmi Bakı indiyədək insidentlərin araşdırılması mexanizminə sərt şəkildə qarşı çıxırdı və bunu təmas xəttində status-kvonu saxlamağa hesablanmış təklif kimi qiymətləndirirdi. Vyana görüşündə əldə edilmiş razılaşmaya əsasən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin ofisinin mandatı genişləndiriləcək, onun səhra köməkçilərinin sayı artırılacaq. Eyni zamanda təmas xəttində atəşkəsin pozulması hallarını qeydə almaq üçün xüsusi avadanlıqlar yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm