Rauf Arifoğlu: "Cəmil bəy gündəlik zərərli təsirlərə məruz qalır"
Bizi izləyin

Nida.az

Rauf Arifoğlu: "Cəmil bəy gündəlik zərərli təsirlərə məruz qalır"

Cəmil bəy əslində yaxşı kişidir. Təəssüf ki, Müsavatın qərargahından AXCP-nin qərargahına köçəndən sonra gündəlik zərərli təsirlərə məruz qaldı və bu da yekunda özünü göstərdi. Cəmil Həsənlinin üstümüzdə heç bir haqqı yoxdur. Nə etmişiksə, birtərəfli və t

Milli Şuranın sədri Cəmil Həsənli “Yeni Müsavat” qəzetinin Milli Şuraya qarşı dağıdıcılıq etməkdə ittiham edib.

Publika.Az xəbər verir ki, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu musavat.com-da Milli Şuranın sədrinə sərt cavab verib. O, “Biz heç yerə partlayıcı maddə yerləşdirməmişik, heç yeri bombalamamışıq. Hər zamankı kimi, yazmaq və xəbər verməklə məşğuluq” deyə bildirib.

R. Arifoğlu bildirib ki, müəyyən zaman kəsimində yazdıqlarımız Cəmil Həsənlinin xoşuna gələ bilər, müəyyən zaman kəsimində isə gəlməyə bilər. Onun fikrincə, bu cür münasibət sərgiləməsi demokratik deyil: “C. Həsənli bu situasiyada özünü AXCP funksioneri kimi aparıb, tərəf tutub, liderə və mandatına yaraşmayan açıqlama verib. Mən ona hələ münaqişələr dərinləşmədən xahiş etmişdim ki, bu konfliktləri durdursun. Lakin o, ağsaqqallıq edib, qabağa düşüb, barış yaratmaq əvəzinə müxalifətdaxili münaqişədə konkret bir partiyanın mövqeyini dəstəklədi. Bununla da Müsavat Partiyasını, Milli Şuradan ayrılan hər bir kəsi haqlı çıxartdı. Konkret olaraq, Milli Şuradan ayrılan iki şəxsin xəbərinin bizdə getməsinə görə “Yeni Müsavat”ı ittiham etməsi də doğru deyil. Ölkənin əsas informasiya portalına məlumat vermək nə zamandan qəbahət olub?

Bir də, necə olur ki, Müsavat Partiyasından istefa verənlər haqqında bu təşkilatın rəhbərliyi məlumatı “Azadlıq” qəzetindən alır; lakin Milli Şuradan istefa verənlərin məlumatı “Yeni Müsavat”da gedəndə, bu dağıdıcılıq olur. Eksklüziv və operativ xəbər yaymaq nə zamandan dağıdıcılıq olub? Əsas budu ki, bu xəbər doğrudur, yoxsa yalan. Əgər istefa faktları varsa və bu xəbər doğrudursa, daha bunun nəyi dağıdıcılıq oldu?”.

R. Arifoğlu deyib ki, Cəmil Həsənlinin bu açıqlaması onun uğrunda yağışda-qarda əziyyət çəkmiş reportyorları, həyatlarını riskə qoyaraq, hətta prezidenti təhqir və təhdid edən video-açıqlamalarını, müsahibə və çıxışlarını olduğu kimi yayan bütün qəzet kollektivini dərindən yaralayıb: “Buna baxmayaraq haqqımızı ona halal edirik. Cəmil bəy əslində yaxşı kişidir. Təəssüf ki, Müsavatın qərargahından AXCP-nin qərargahına köçəndən sonra gündəlik zərərli təsirlərə məruz qaldı və bu da yekunda özünü göstərdi. Cəmil Həsənlinin üstümüzdə heç bir haqqı yoxdur. Nə etmişiksə, birtərəfli və təmənnasız olaraq biz ona etmişik. Bu baxımdan, Allah qatında da heç bir narahatçılığımız yoxdur ”.

O bu müsahibədən sonra oradakı fikirlərə cavab vermək üçün Cəmil bəyə telefon açıb: “Lakin zənglərimə cavab vermədi. Özünü haqlı bilsəydi, danışardı. Onun bu qəzet üzərində bu sözləri söyləmək üçün heç bir əsası yozdur. Gərək korrekt olaydı”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm