Əfv Komissiyasının üzvü: “Birinci xanımın bu təşəbbüsü ilə 3 mindən çox məhbus azad olunacaq”
Bizi izləyin

Nida.az

Əfv Komissiyasının üzvü: “Birinci xanımın bu təşəbbüsü ilə 3 mindən çox məhbus azad olunacaq”

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət etməsinə münasibət bildirib.

Deputat M.İbrahimqızı Publika.az-a açıqlamasında deyib ki, Azərbaycanın Birinci xanımının bu müraciəti ölkə ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir: “Buna qədər də Mehriban xanım bir neçə dəfə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib və Milli Məclis də bu müraciəti çox hörmətlə qarşılayıb. Təkcə parlamentdə deyil, bütövlükdə Azərbaycan cəmiyyəti bu addımı yüksək qiymətlədnirib. Həqiqətən də insan azadlıqlarının qorunması ilə bağlı bu “Amnistiya aktı haqqında” qanun layihəsi böyük əhəmiyyətə malikdir. Bu addım Azərbaycanla yanaşı, beynəlxalq aləmdə, o cümlən Avropada da çox müsbət qarşılanır. Müraciətin yeni edilməsinə baxmayaraq, artıq bu addım xarici mediada və insan haqları sahəsində fəaliyyət göstərən bir sıra beynəlxaıq təşkilatların diqqət mərkəzindədir. Onlar da bu addımı çox yüksək qiymətləndirirlər”.

Deputat qeyd edib ki, “Amnistiya aktı haqqında” qanun layihəsi Milli Məclisdə qəbul ediləndən sonra 3 mindən çox məhbus azadlığa qovuşacaq: “Bilirsiniz ki, əfv məsələsi konkret olaraq məhkumların və onların yaxınlarının müraciətləri əsasında aparılır. Ancaq amnistiya isə bundan da böyük humanist addımdır. Ona görə də Mehriban xanımın bu cür böyük humanist addımı hər kəs tərəfindən böyük sevinclə qarşılanır və müsbət qiymətləndirilir”.

Xatırladaq ki, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib.

Bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin plenar iclasında məlumat verib.

Z.Əsgərov bildirib ki, amnistiya aktının 10 min məhbusu əhatə edəcəyi gözlənilir. Layihədə 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.

Parlament sədrinin birinci müavini qeyd edib ki, bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə dördüncü müraciətidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm