• USD 1,7009 +0,01% EUR 2,0003 -0,39%
    • GBP 2,1810 -0,46% RUB 0,0288 0,00%

Sarkisyan Vyanada hansı öhdəliyi götürüb?

  • Nida.az
  • 18 May 2016 15:08
  • 1 984 Baxış
Sarkisyan Vyanada hansı öhdəliyi götürüb?

Vyanadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən Serj Sarkisyanın “qələbə düzgün söz deyil” sözləri Ermənistanda ziddiyyətli qarşılanıb.

Publika.az xəbər verir ki, S. Sarkisyan “qələbə sözü düzgün olmayan təyindir, biz sadəcə üzərimizə düşən vəzifəni yerinə yetirdik desək daha doğru olar” deyə bildirib.

Daha sonra o, rəsmi şəkildə etiraf edib ki, Azərbaycan Ordusu 800 hektar ərazini işğaldan azad edib. Lakin dəqiq informasiyaya görə, azad olunan ərazilər 2 min hektardır.

Erməni jurnalist Yeqiazar Ayntabsi “Vyana görüşündən sonra Sarkisyan qələbə sözündən imtina edərək, niyə geri çəkildi?” sualını gündəmə gətirib.

“Vyanada nə dəyişdi?” deyə o bildirir. Axı, Sarkisyan “dördgünlük müharibə”dən sonra “biz qalib gəldik” deyə açıqlamalar verirdi.

“Görünür, Vyanada ciddi proseslər baş verib və Sarkisyan “qələbə” sözündən imtina edərək, Ermənistan cəmiyyətini sabahkı reallığa hazırlayır. Əgər erməni əsgərləri qələbə çalmayıblarsa, deməli məğlub olublar. Bunun orta qiymətləndirməsi yoxdur. Bəlkə də o, Vyanada ciddi öhdəliklər götürüb və indidən ictimaiyyəti güzəştlərə hazırlayır”, - deyə erməni jurnalist qeyd edib.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>