Qarabağ separatçılarını Vyana görüşünə İlham Əliyev buraxmayıb - ETİRAF
Bizi izləyin

Nida.az

Qarabağ separatçılarını Vyana görüşünə İlham Əliyev buraxmayıb - ETİRAF

Dağlıq Qarabağda hökm sürən separatik rejimin nümayəndələri Vyanada keçirilən görüşdə Azərbaycan tərəfinin etirazına görə iştirak etməyiblər.

ANS PRESS-in "Novosti Armenii" saytına istinadən verdiyi məlumata görə, bu haqda jurnalistlərə Ermənistanın hakim "Respublika" partiyasının deputatı Artak Davtyan deyib.

Deputat qeyd edib ki, Ermənistan tərəfi Qarabağın da danışıqlarda iştirak etməsini istəyir. Amma İlham Əliyevin irəli sürdüyü şərtlərə görə, separatçıların nümayəndəsi danışıqlarda iştirak etməyib.

Davtyanın sözlərinə görə Vyanada bu görüşün baş tutması üçün Bakının mövqeyi nəzərə alınmalı idi. "Əgər Bakının mövqeyi nəzərə alınmasıydı, bu görüş baş tutmaya bilərdi və biz bu haqdea əvvəlcədən məlumatlandırılmışdıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm