Hayko Lanqner: “Vyana görüşündən sonra 7 rayonun qaytarılması...”
Bizi izləyin

Nida.az

Hayko Lanqner: “Vyana görüşündən sonra 7 rayonun qaytarılması...”

“Vyana görüşü göstərdi ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında maraqlıdır”.

Publika.az xəbər verir ki, bu barədə almaniyalı politoloq Hayko Lanqner deyib.

Onun sözlərinə görə, hazırda Qarabağ problemi beynəlxalq diplomatiya səviyyəsinə çıxıb: “Bu görüşün ilkin nəticəsi atəşkəsə riayət etmək və ATƏT-in monitorinq aparmasıdır. İndiyə qədər təmas xəttində cəmi 6 müşahidəçi işləyirdi, onlar bölgəni tərk edəndən sonra snayper müharibəsi yenidən başlayırdı. İndi ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi personalına daha çox qüvvə cəlb edə biləcək”.

Alman politoloq hesab edir ki, Vyana görüşündən sonra “Madrid prinsipləri”nin reallaşdırılması istiqamətində konkret addımlar atılmalıdır: “Bu prinsipləri hər iki tərəf qəbul edib və ilk növbədə işğal olunmuş yeddi Azərbaycan rayonu azad olunmalıdır. Yalnız bu rayonlar azad olunandan sonra müharibə vaxtı məhv olmuş bu ərazilərin iqtisadi inkişafına şərait yarana bilər. Bu da məcburi köçkünlərin geri qayıdışını asanlaşdıracaq. İndiyə qədər işğalçı Ermənistan bu əraziləri qaytarmaq istəməyib. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və digər ərazilər Azərbaycanın tərkib hissəsidir. Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun azad olunması danışıqların irəliləyişi üçün vacib şərtdir. Ümumiyyətlə münaqişənin tərkib hissəsi işğaldır və bu başa çatandan sonra problem həll oluna bilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm