Nida.az
Putin Qarabağda “May müharibəsi”nin qarşısını alıb?
Mayın 8-də Qarabağda yeni müharibə başlayacaqdı, lakin
Vladimir Putinin müdaxiləsindən sonra bu proses
dayandırılıb.
Publika.az xəbər verir ki, belə bir iddia ilə
Ermənistanın “Jam” qəzeti çıxış edib.
Qəzet bu haqda Rusiya KİV-lərinin də yazdığını bildirib.
Rusiya KİV-nə danışan diplomatik mənbə isə yeni müharibənin ola
biləcəyi ehtimalının yüksək olduğunu bildirib: “Məlumat var idi ki,
aprel eskalasiyasından sonra mayın 8-də yeni müharibə olacaq.
Rusiya prezidentinin müdaxiləsindən sonra tərəflər sakitləşdirildi
və ardınca dərhal Vyana görüşü təşkil edildi”.
Diplomatik mənbə ehtimal edir ki, 8 mayda gözlənilən hücum
Ermənistan tərəfindən olacaqmış.
“Apreldəki hadisələrdən sonra Ermənistan tərəfi qisas almaq üçün
cavab atəşi açacaqdı. Güman ki, Azərbaycan tərəfi cəbhə xəttində
bütün mümkün variantlara hazır idi. Bu isə onun güclü əks-hücuma
keçəcəyi demək idi. Beləliklə, “dördgünlük müharibə”dən daha böyük
qarşıdurma ola bilərdi. Vyanada prezidentlərin təcili görüşünü
təşkil etməklə bu məsələ aradan qaldırıldı”, - deyə mənbə qeyd
edib.
Asif
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi