• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Tofiq Zülfüqarov: Sarkisyana bir ay vaxt verilib

  • Nida.az
  • 19 May 2016 01:30
  • 1 744 Baxış
Tofiq Zülfüqarov: Sarkisyana bir ay vaxt verilib

Maraqlı bir mərhələdir. Azərbaycan tərəfinin bəyanatlar verməyə meyilli olmaması onu deməyə əsas verir ki, əsas iş ermənilərlə aparılır. Bu baxımdan danışıqların davam etdirilməsi qərara alınıb və bir aydan sonra danışıqlar prosesi davam edəcək. Fikrimcə, bu müddət Ermənistana verilib ki, öz daxilində ictimai rəyi hansısa qərarlara hazırlasın.

Bunu Teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən deyib. Təcrübəli diplomat bildirib ki, danışıqlar prosesini ciddi izləyən şəxslər başa düşəcək ki, kamera və digər bu kimi addımlarla məsələ həll edilməyəcək:

“Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin səylərinin əsas istiqaməti ona yönəlib ki, işğal edilən ərazilər geri qaytarılsın, məcburi köçkünlər öz doğma evlərinə qayıtsın, ölkənin ərazi bütövlüyü təmin edilsin. Azərbaycanın məqsədlərini hamı başa düşür. Prezident Sərkisiyanın Vyanadan qayıdarkən gülməli bəyanat verməsi də diqqətdən yayınmamalıdır. Şübhəsiz ki, Sərkisiyanın təmas xəttində kameraların və digər cihazların yerləşdirilməsi ilə hərbi məsələlərin həll ediləcəyi bəyanatı çox gülməlidir. Mən bir daha o fikrimə qayıdıram ki, vaxt Sərkisiyana verilib ki, öz ictimaiyyətini və ya Ermənistan rəhbəliyini hansısa yeni qərarlara hazırlasın”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>