AMİP sədr axtarır
Bizi izləyin

Nida.az

AMİP sədr axtarır

Yeddi aydan çoxdur sədrsiz qalmış Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayının vaxtı hələ də müəyyənləşməyib.

AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov Publika.az-a bildirib ki, milli istiqlalçılar hələ də toplantılarının vaxtını dəqiqləşdirməyiblər: “Öncə partiya nizamnaməsinə uyğun prosedurlar həyata keçməlidir. Yəni Siyasi Şura Mərkəzi Şuranı, o da qurultayı çağırmalıdır. Prinsipcə partiyada ciddi problem yoxdur. Bütün hazırlıq işləri tamamlanıb. Yalnız kiçik texniki məsələlər qalır, bu isə vaxt aparan prosedur deyil”.

O, bildirib ki, AMİP-in qurultayının yaxın aylarda keçirilməsi də müəyyən deyil. Amma partiya demək olar ki, qurultaya tam hazırdır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm