Vaşinqtonun xüsusi elçisindən Bakıya dəstək
Bizi izləyin

Nida.az

Vaşinqtonun xüsusi elçisindən Bakıya dəstək

“Cənub Qaz Dəhlizi layihəsi Avropanın qaz təchizatının şaxələndirilməsinin mühüm hissəsidir”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn “İnterfaks”a müsahibəsində deyib.

Onun sözlərinə görə, TANAP, yəni Cənub Qaz Dəhlizi qazın Avropaya çatdırılmasına imkan verir: “Beləliklə, qazın yeni mənbələrdən gəlişi rəqabət yaradır. Həm də təkcə qaz mənbələrinin yox, marşrutların da müxtəlifliyi təmin edilir. Ona görə də bu layihə diversifikasiyanın mühüm hissəsidir. Bu layihə üzrə Azərbaycan qazı Avropaya çıxacaq. Gələcəkdə Türkmənistan qazının da bu marşrutla çıxışı təmin oluna bilər. Yəni Avropaya yeni enerji mənbələri gələcək”.

A. Hokstayn əlavə edib ki, TANAP Türkiyəyə çıxandan sonra Yunanıstana gedən TAP ilə birləşəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm