Məmmədyarov fransalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Bizi izləyin

Nida.az

Məmmədyarov fransalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində bu gün Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşü olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında geniş fikir mübadiləsi aparıblar.

Nazirlər atəşkəs rejiminə əməl edilməsinə dair razılığa hörmət edilməsinin, habelə münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tam bərpa edilməsinin əhəmiyyətini təsdiq ediblər.

E. Məmmədyarov Fransa tərəfinin Vyanada prinsip etibarilə razılaşdırılmış ən qısa zamanda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil etməyə hazır olmasını alqışlayıb.

Tərəflər həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin gündəliyində olan digər məsələləri müzakirə ediblər.

Fransalı nazir həmkarının Azərbaycana rəsmi səfər etmək dəvətini qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm