Nida.az
Ermənistan qoşunlarını Qarabağdan çıxarır: “mərhələli həll” variantı gündəmdə
Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə mərhələli həll
variantını gündəmə gətirmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Hayk Martirosyan deyib.
Onun sözlərinə görə, Rusiya bu addımı ilə həm də münaqişədə
təşəbbüskar rolunu əlindən vermək istəmir.
“Bu prosesləri Rusiya xarici işlər naziri Sergey Lavrov aparır.
O, ağıllı diplomatdır, lakin görünür, tarixi hadisələri unudub.
Lavrov bilməlidir ki, vaxtilə məhz mərhələli həll variantı
Ermənistanda prezidentin istefası ilə nəticələndi”, - deyə o
bildirib.
Qeyd edək ki, “Mərhələli həll” variantına görə, Ermənistanın sərhədlərindən kənarda yerləşən istənilən erməni qoşunları bu sərhədlərin daxilinə çəkilir. Yəni işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan bütün erməni qoşunları çıxarılır. Daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu həll olunur.
Azərbaycan tərəfi bu variantın bəzi müddəaları ilə razılaşmasa
da, Ermənistan onunla razılaşmışdı. Lakin buna görə həmin dövrdə
prezident olan Levon Ter-Petrosyan devrildi.
Asif
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK