Gizli Qarabağ görüşü: Sabiq prezident Saakyana nə deyib?
Bizi izləyin

Nida.az

Gizli Qarabağ görüşü: Sabiq prezident Saakyana nə deyib?

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın Xankəndində qondarma rejimin “prezidenti” Boko Saakyanla görüşünün təfərrüatları bəlli olub.

Publika.az xəbər verir ki, “Joxovurd” qəzeti Koçaryanın mayın 11-də səfəri zamanı Saakyana “indiki şəraitdə güzəşt qaçılmaz ola bilər” deyə bildirib.

“Koçaryan səfəri zamanı Saakyana ərazilərin boşaldılmasına və status-kvonun dəyişməsinə getməməyi tövsiyə edib”, - deyə qəzet yazır.

Əlavə edir ki, “dördgünlük müharibə”dən sonra Serj Sarkisyan nə qədər inkar etsə də, arxa planda ərazilərin qaytarılması məsələsinin müzakirə edildiyi bəllidir: “Koçaryanın Xankəndinə dedikləri də bunu təsdiqləyir. Görünür, indi Sarkisyan əraziləri qaytarmağa hazırlaşır, Koçaryan da bundan istifadə edərək, Saakyanın komandasını öz ətrafına çəkmək istəyir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm