MSK İlqar Məmmədovun şikayətinə baxdı, DSK-nın qərarını ləğv etdi
Bizi izləyin

Nida.az

MSK İlqar Məmmədovun şikayətinə baxdı, DSK-nın qərarını ləğv etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA xəbər verir ki, iclasda 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

MSK REAL Hərəkatının sədri İlqar Məmmədovun Ağdaş Dairə Seçki Komissiyası (DSK) tərəfindən namizədliyinin qeydə alınmaması ilə bağlı şikayətinə baxıb.

MSK üzvü Qabil Orucov deyib ki, DSK-nın qərarında məhkəmə İ. Məmmədov haqqında çıxarılmış hökmü qüvvədə saxladığı üçün onun namizədliyinin qeydə alınmadığı bildirilir.

Q. Orucov qeyd edib ki, DSK İ. Məmmədovla əlaqədar təqdim edilmiş imza vərəqələri boş qaytarıldığı üçün onun namizədliyinin qeydə alınmaması barədə də qərar verməli idi.

MSK sədri Məzahir Pənahov nəzərə çatdırıb ki, məhkəmə haqqında çıxarılmış hökmü qüvvədə saxladığı üçün Ağdaş DSK-nın İ. Məmmədovun namizədliyinin qeydə alınmaması barədə qərarı düzgündür: "Ancaq DSK-nın qərarında həm də boş imza vərəqələri təqdim edildiyi üçün İ. Məmmədovun namizədliyinin qeydə alınmadığı əksini tapmalı idi. Yəni DSK-nın qərarında İ. Məmmədovun namizədliyinin qeydə alınmaması ilə bağlı hər iki əsas əksini tapmalı idi”.

MSK Ağdaş İ. Məmmədovun namizədliyinin qeydə alınmaması ilə bağlı hər iki əsas göstərilmədiyi, natamam olduğu üçün DSK-nın qərarını ləğv edib.

Bununla belə, MSK-nın qərarında İ. Məmmədovun namizədliyinin qeydə alınmasının mümkün olmadığı da əksini tapıb.

Xatırladaq ki, MSK bundan öncəki iclasında da İ. Məmmədovun namizədliyinin qeydə alınmaması barədə qərar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm