Oqtay Əsədov Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Bizi izləyin

Nida.az

Oqtay Əsədov Qırğızıstan parlamentinin sədri ilə görüşüb

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov mayın 19-da Sankt-Peterburqda Qırğızıstan parlamentinin sədri Çınıbay Tursunbekov ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Milli Məclisin sədri Qırğızıstan və Azərbaycan parlamentləri arasında ikitərəfli əməkdaşlığın ənənəvi xarakter aldığını bildirib. Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini deyən O.Əsədov son illər dövlətlərarası münasibətlərin inkişafının intensiv xarakter almasının gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaratdığını, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin gedişi barədə məlumat verən Milli Məclisin sədri beynəlxalq qurumlarda bu məsələnin həllinə dair aparılan müzakirələrdə Azərbaycanın qardaş ölkə kimi Qırğızıstanın dəstəyinə ümid bəslədiyini qeyd edib.

Qırğızıstanın qanunvericilik orqanının rəhbəri Çınıbay Tursunbekov bu vəzifəyə seçilməsi münasibətilə ona göndərdiyi təbrik məktubuna görə Azərbaycan Milli Məclisinin sədrinə təşəkkürünü bildirib. İki il əvvəl ATƏT PA-nın Bakıda keçirilən sessiyasında iştirak etdiyini və Azərbaycanın bütün sahələrdə sürətli inkişafının şahidi olduğunu qeyd edən Ç.Tursunbekov Qırğızıstanın qardaş Azərbaycanın uğurlarına ürəkdən sevindiyini diqqətə çatdırıb.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm