Nida.az
ABŞ mətbuatı Ermənistanın yalanlarını ifşa etdi
ABŞ-ın tanınmış mətbu orqanlarından olan “Daily Caller” qəzetinin 19 may tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub.
Publika.az xəbər verir ki, Ermənistanın və erməni lobbisinin dezinformasiya və ictimaiyyəti yanıltma fəaliyyətlərini hədəf alan məqalə “Ermənistan-Azərbaycan münaqişəsi: məkrli təbliğatın rolu” başlığını daşıyır.
Aprel ayının əvvəllərində Ermənistan ordusunun Azərbaycana qarşı törətdiyi silahlı təxribata diqqət çəkən diplomat, münaqişənin həllində davamlı sülhə nail olmaq üçün dezinformasiya və məkrli təbliğat cəhdlərinin yolverilməz olduğunu vurğulayır.
Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qaldığını bildirən baş konsul qeyd edir ki, münaqişənin başlanğıcından bu günə qədər Ermənistan və ermənipərəst qüvvələr tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılan əsassız iddialar, o cümlədən beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanmış ‘miflər’ Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə ciddi şəkildə mane olur.
Bu səpkidə, diplomat, konkret faktlara istinadən, ermənipərəst iddiaların əsassızlığını aydın şəkildə göstərən məqamları diqqətə çatdırır.
N.Ağayev bildirir ki, hər nə qədər erməni təbliğatçıları dünyanın müxtəlif yerlərində artmaqda olan islamafobiyadan istifadə edərək, Ermənistan-Azərbaycan münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışsalar da, bunlar Azərbaycan reallığını qətiyyən əks etdirmir. Müəllif, Azərbaycanda müxtəlif dinlər və xalqlar arasında qədim dövrlərdən indiyə qədər qarşılıqlı etimad və qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayır, dünyəvi prinsiplər əsasında təsis edilmiş respublikamızda müsəlman, xristian, yəhudi və digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından bəhs edir.
Eyni zamanda, baş konsul Qarabağın əzəli Azərbaycan torpağı olmasını, bölgədəki erməni azlığının sayının 19-cu əsrdə ermənilərin Yaxın Şərqdən bura kütləvi köçürülmələri nəticəsində süni şəkildə artırılmasını tarixi faktlarla diqqətə çatdırır.
Həmçinin, N.Ağayev bildirir ki, bu ərazilər, erməni təbliğatının təlqin etdiyi kimi, qondarma “Dağlıq Qarabağın özünümüdafiə qüvvələri” tərəfindən deyil, məhz Ermənistan tərəfindən işğal olunub. Bu səpkidə baş konsul 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Çiraqov Ermənistan əleyhinə” işinə dair qərarından söz açır və əlavə edir ki, bu qərar, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılığı sübuta yetirən önəmli beynəlxalq hüquqi sənəddir.
Vasif Həsənli
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir