Sarkisyan çətin vəziyyətdə - Qarabağı qorumaq üçün dustaqlara yalvarır
Bizi izləyin

Nida.az

Sarkisyan çətin vəziyyətdə - Qarabağı qorumaq üçün dustaqlara yalvarır

Ermənistan prezidenti Serj Sarkisyan dustaqları Qarabağa döyüşə göndərir.

Publika.az erməni KİV-nə istinadən xəbər verir ki, S.Sarkisyanın sərəncamı ilə “Vardaşen” həbsxanasından 8 nəfər dustaq azad olunub və onlar Qarabağda xidmətə gediblər.

Məlumata görə, dustaqlar öz ərizələri ilə Sarkisyana müraciət ediblər. Onlar əfv ediləcəkləri təqdirdə Qarabağda döyüşməyə hazır olduqlarını deyiblər. Ermənistan prezidenti də 8 gəncin azad edilməsinə göstəriş verib və həmin gənclər Qarabağa yola salınıb.

Lakin bu məsələ ölkədə qalmaqala səbəb olub. Ekspertlər, bu faktın Ermənistan Ordusunun zəifliyini sübut etdiyini deyirlər. “Görünür, orduda xidmət etməyə əsgər çatışmır”, - deyə ölkə rəhbərliyi tənqid olunur.

Hüquq müdafiəçiləri isə bunun pis nümunə olacağından qorxurlar. Onlar digərlərinin də Qarabağda xidmət etmək adı ilə azadlığa çıxmaq istəyəcəklərini deyir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm