Medvedev: “Rusiya Dağlıq Qarabağın...” - VİDEO
Bizi izləyin

Nida.az

Medvedev: “Rusiya Dağlıq Qarabağın...” - VİDEO

İrəvanda keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının toplantısında iştirak etmək üçün Ermənistana gedən Rusiyanın baş naziri Dmitri Medvedev prezident Serj Sərkisyanla görüşüb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Baş nazir bildirib ki, mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşünü alqışlayır. Medvedev qeyd edib ki, Rusiya ünsiyyəti davam etdirmək və dialoqu saxlamaq, təmas xəttində hərbi hərəkətlərə imkan verməmək üçün Minsk qrupu çərçivəsində göstərilən səyləri dəstəkləyir.

“Şübhə etməyə bilərsiniz ki, Rusiya regionda daha möhkəm sülhə və Dağlıq Qarabağ münaqişəsinin yekun həllinə nail olmaq həmişə kömək edib və bu, mürəkkəb münaqişənin həlli üçün kömək edəcək. Biz indi bununla bağlı hər şeyi müzakirə edəcəyik”, - Dmitri Medvedev deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm