Nida.az
Baş nazir: Türkiyə Cənubi Qafqazda sülh işinə töhfə verir - Yenilənir
Türkiyə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması işinə əhəmiyyətli töhfə verir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfərindən əvvəl deyib.
Baş nazirin sözlərinə görə, onun Azərbaycana səfəri zamanı müzakirə olunacaq məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanması olacaq.
12.09
Türkiyə və Azərbaycanın münasibətləri müstəsna xarakter daşıyır. Trend "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfərindən əvvəl deyib.
Onun sözlərinə görə, Bakıya səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də regionda iki ölkənin həyata keçirdiyi iri layihələr müzakirə olunacaq.
Baş nazir qeyd edib ki, Azərbaycana səfər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə və güclənməsinə kömək edəcək: "Azərbaycan-Türkiyə əlaqələri bütün dünya üçün nümunədir və hər iki ölkə strateji tərəfdaşdır".
Ərdoğan qeyd edib ki, Azərbaycan və Türkiyə regionda çox mühüm iqtisadi layihələr həyata keçirirlər.
Baş nazir əlavə edib ki, Bakı və Ankaranın reallaşdırdığı layihələrdən ən vacibi Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, eləcə də TANAP layihələridir.
Ərdoğanın sözlərinə görə, həmin layihələr təkcə regional deyil, həm də beynəlxalq xarakter daşıyırlar.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ