“Müsavat 2010-cu ildə AXCP-ni tələyə saldı” - Xaliq Bahadır
Bizi izləyin

Nida.az

“Müsavat 2010-cu ildə AXCP-ni tələyə saldı” - Xaliq Bahadır

“Müsavat 2010-cu ildə AXCP-ni tələyə saldı” - Xaliq Bahadır

YAP-çı deputat Siyavuş Novruzov dünən mətbuata açıqlamasında adətinə uyğun olaraq Müsavata qurultay keçirməsi üçün hakimiyyət tərəfindən münasib yer verilməməsinə maraqlı bir mövqe bildirmişdi ki, partiya gedib şadlıq saraylarının biriylə müqavilə bağlasın və tədbirini keçirsin... Onun bu atmacası cavabsız qalmamışdı və Müsavat Divanının üzvü, keçmiş deputat İkram İsrafil Moderator.az-a açıqlamasında Siyavuş Novruzova xitabən “Biz Müsavata toy etmirik, qurultay keçiririk” cavabını vermişdi.

Maraqlıdır ki, Moderator.az mövzunu davam etdirmək üçün YAP-çı deputatın bu atmacasına publisist-jurnalist, “Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadırın mövqeyni öyrənmək istərkən fərqli cavabın şahidi oldu. Belə ki, X. Bahadır bu dəfə S. Novruzovun haqlı olduğunu bildirdi: “Siyavuş Novruzov hər kim olsa da, indilikdə nə dediyini yaxşı bilir. Onlar 2010-cu ildən üzü bəri qurultay adına şou düzəldirlər - İsa Qəmbərə belə gərəkdir. 2010-cu ildə hakimiyətin planlarına uyğun mövqe bildirərək partiyaya olaraq AXCP-ni tələyə saldılr - Azadlıq blokunu dağıtmaqla birlik yaratmaq tələsinə. Qurultay keçirib bir partiyada birləşmək qərarı verməli idilər, yer bəhanəsiylə bunu etmədilər. İstəsəydilər, qurultayı öz qərargahlarında da keçirə bilərdilər. Ancaq İsa Qəmbərə xarakterinə uyğun kələkbazlıq gərəkdir: yer bəhanəsiylə o, özünün yalançı 300 illik partiyasıyla hələ bir seçkiyə də (özü də yaxşı alver gözlənən seçkiyə!) başqan statusunda gedəcək. Siyavuş Novruzov bütün bu gizlinləri bildiyindən şadlıq sarayından danışır. İndiki kimi yalançı deyil, gerçək müxalifət partiyası, gərəksə, qurultayını istənilən yerdə keçirər - strateji proqram güddüyündən çıxış etməklə!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm