“Sarkisyan Qarabağı qaytarmağa hazırlaşır” - Erməni Deputatdan ETİRAF
Bizi izləyin

Nida.az

“Sarkisyan Qarabağı qaytarmağa hazırlaşır” - Erməni Deputatdan ETİRAF

“Serj Sarkisyan əraziləri təhvil verməyə hazırlaşır”.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə “İrs” partiyasından olan deputat Zarui Postandjyan bu gün keçirdiyi birifinqdə deyib.

O, Sarkisyan cəmi 800 hektar ərazi itirdiyini desə də, geri çəkilməyə davam etdiklərini söyləyib: “Sarkisyan bildirir ki, 800 hektar ərazi əhəmiyyətsizdir. Halbuki, yalan danışır. Bu gün Ermənistan üçün ən böyük təhlükə Sarkisyanın özüdür. Çünki o, ərazilərin Azərbaycana qaytarılması siyasətini yürüdür və buna hazırdır”.

Erməni deputat qeyd edib ki, Ermənistan yalnız ərazi deyil, həm də təhlükəsizliyini itirdi.

“İtkilərimiz arasında bir kənd də var. Lakin hakimiyyət bunu gizlədir. İndi Talış və Ağdərədə yaşamaq mümkün deyil. İnsanlar oranı tərk edirlər. İstisna deyil ki, bu ərazilər təhvil veriləcək və hakimiyyət bunun əhəmiyyətsiz ərazilər olduğunu bəyan edəcək. 800 hektar ərazinin itirilməsi ilə bağlı deyilənlər göstərir ki, Sarkisyan ümumiyyətlə torpaqları qaytarmağa hazırdır”, - deyə o bildirib.

Qeyd edək ki, Sarkisyan Azərbaycan Ordusunun 800 hektar ərazini azad etdiyini bildirsə də, dəqiq məlumatlar azad olunmuş torpaqların 2 min hektardan artıq olduğunu göstərir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm