Azərbaycanla BMT arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Bizi izləyin

Nida.az

Azərbaycanla BMT arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srqan Kərimlə görüşüb.

Elmar Məmmədyarov BMT Baş məclisinin 62-ci sessiyasının prezidenti ilə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığının inkişafının perspektivlərini müzakirə edib.

Tərəflər həmçinin Azərbaycanla Makedoniya arasında ikitərəfli münasibətləri, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm