Mübariz Əhmədoğlu: “Ermənilər DNT analizini özləri üçün təhlükə hesab edirlər”
Bizi izləyin

Nida.az

Mübariz Əhmədoğlu: “Ermənilər DNT analizini özləri üçün təhlükə hesab edirlər”

“Ermənistanda itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi mövzusuna qadağa qoyulub”.

Publika.az xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, prezidentlərin Vyana görüşündən sonra həmsədrlərin yaydığı bəyanatda əksini tapan məsələlərdən biri Dağlıq Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsini davam etdirilməsi mövzusudur: “Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi məsələsi 2014-cü ilin noyabrında prezidentlərin Paris görüşü zamanı razılaşdırılmışdı. Parisdən qayıdan kimi Serj Sarkisyan Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi mövzusunu inkar etdi. İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan ordusu ən böyük hərbi təlimini keçirdi. İtkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi 1994-cü ilə qədər Dağlıq Qarabağ müharibəsi regionunda yaranmış məzarlıqların müəyyənləşməsi, cəsədlərin eksqumasiya olunması və DNT analizlərinin aparılması deməkdir. DNT analizləri məzarlıqlardakı cəsədlərin şəxsiyyətini, o cümlədən milliyyətini müəyyənləşdirəcək. Ermənilər DNT analizinin nəticələrini özləri üçün təhlükəli hesab edirlər. Eləcə də məzarlıqların yerlərinin tapılması üçün Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərdəki yaşayış məskənlərinə yerli Azərbaycan əhalisinin təmsilçiləri müvəqqəti də olsa qayıtmalıdır. Bir qrup azərbaycanlı isə həmin ərazilərdə mütəxəssis qismində iştirak etməlidir. Bu da erməniləri hədsiz qorxudur. Ona görə əsas diqqət həm də itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinə yönəldilməlidir. Qarşıdakı bir ay ərzində bu məsələ də öz həllini tapmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm