Parlamentin növbədənkənar sessiyasının çağırılması üçün müraciət edildi
Bizi izləyin

Nida.az

Parlamentin növbədənkənar sessiyasının çağırılması üçün müraciət edildi

Azərbaycan Milli Məclisinin (MM) bir qrup deputatı parlamentin növbədənkənar sessiyasının çağırılması üçün MM rəhbərliyinə müraciət edib.

Müraciəti 100-ə yaxın deputat imzalayıb.

Növbədənkənar sessiyasının çağırılmasında məqsəd yarımçıq qalmış bir sıra qanun layihələrini müzakirə etməkdir.

Qeyd edək ki, yaz sessiyasının sonuncu plenar iclası mayın 31-də keçiriləcək.

Xatırladaq ki, MM-in növbədənkənar sessiyası Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm