Qarabağ münaqişəsində yeni faktor: bu ölkə oyuna girmək istəyir
Bizi izləyin

Nida.az

Qarabağ münaqişəsində yeni faktor: bu ölkə oyuna girmək istəyir

“İran regional dövlət olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində kənarda qala bilmir. Tehran regionda sabitliyin tərəfdarı olduğunu, münaqişə tərəflərinin hər biri ilə bərabər münasibətləri inkişaf etdirmək istədiyini deyir. Lakin rəsmi Tehran dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini də açıqlayıb. Digər tərəfdən, İran Türkiyə ilə qədim geosiyasi qarşıdurmaya görə, Ermənistana “kiçik tərəfdaş” kimi baxır, ermənilərin ünvanına xeyirxah niyyətlər ifadə edir”.

Publika.az xəbər verir ki, bu barədə “Kavpolit” saytı yazıb.

Sayt qeyd edir ki, İran Ermənistana investisiyalar qoyub: “Lakin İran Azərbaycanla da münasibətləri saxlamaqda maraqlıdır. Təkcə ona görə yox ki, bu ölkədə azərbaycanlıların sayı çoxdur. Baltika dənizini Hind okeanının limanları ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Azərbaycandan keçir. Rusiya, İran və Azərbaycan bu marşrutun inkişafına maraq göstərir. Bu səbəblərə görə, İran münaqişə tərəflərinin hər biri ilə münasibətləri saxlamaqda maraqlıdır”.

Məqalədə bildirilir ki, İran münaqişənin həlli üçün tərəflərə öz vasitəçiliyini təklif edir.

“İndiyə qədər bir çox iranlı rəsmilər bunu dilə gətirib. Burada İran iki mövqeyi dəstəkləyir: 1. Münaqişənin sülh yolu ilə həlli, 2. İran hesab edir ki, münaqişənin həlli prosesinə regional dövlətlərin cəlb olunması vacibdir. Tehran dəfələrlə soruşur ki, niyə Minsk qrupunun genişləndirilmiş formatında İranın adı yoxdur. Eyni zamanda, Bakı Minsk qrupunun nəticəsiz fəaliyyətindən narazıdır, buna görə də, bir neçə dəfə formatın dəyişməsi məsələsini gündəmə gətirib. Azərbaycan üçün formatda hansı dövlətin təmsil olunması maraqlı deyil. Onun üçün nəticə əhəmiyyətlidir. Çünki əraziləri işğal altındadır”, - deyə məqalədə qeyd olunur.

Rusiyalı analitik Nikolay Silayevin fikrincə, Türkiyə-Rusiya münasibətləri kəskinləşəndən sonra, İranın regional balansın saxlanılmasında əhəmiyyəti artır: “İran hazırda münaqişə tərəfləri və regionun digər ölkələri ilə münasibətlərə malik olan yeganə ölkədir. Qarabağ münaqişəsində vasitəçilik etmək üçün isə neytrallıq əsas şərtdir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm