“Ərdoğan Bakıya saatı Əliyevlə yoxlamağa gedir” - Rusiya nəşri
Bizi izləyin

Nida.az

“Ərdoğan Bakıya saatı Əliyevlə yoxlamağa gedir” - Rusiya nəşri

“Ərdoğan Bakıya saatı Əliyevlə yoxlamağa gedir”- Rusiya nəşri

Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan bu gün Azərbaycana səfər edir. Bu onun bələdiyyə seçkilərində qazandığı qələbədən sonra ilk xarici səfəridir. Türkiyə baş nazirinin Azərbaycan səfəri Rusiya mətbuatının da diqqət mərkəzindədir.

Publika.Az – ın verdiyi xəbərə görə, “Nezavisimaya gazeta” bu səfəri “Ərdoğan Bakıya saatı Əliyevlə yoxlamağa gedir” başlıqlı yazıda şərh edib.

Rusiya nəşri bu səfərin gözlənilməz olduğunu, amma son zamanlar Türkiyənin Silahlı Qüvvələri rəsmilərinin Xəzərin sahillərinə səyahətlərinin artdığını bildirir. “Nezavisimaya gazeta” Türkiyə baş nazirinin də Azərbaycanda istənilən bir qonaq olduğunu bildirir.

Türkiyə baş nazirinin səfərini “Nezavisimaya gazeta”ya hərbi ekspert Üzeyir Cəfərov şərh edib. Ekspert qeyd edir ki, Ərdoğanın Azərbaycana planlaşdırılmayan səfərinin regionda və bütovlükdə postsovet məkanında baş verən hadisələrin fonunda reallaşması ilə üst-üstə düşməsi diqqət çəkir. “Türkiyə baş nazirinin prezident İlham Əliyevlə görüşündən sonra Bakıda keçirilmiş danışıqların konturları görünəcək”, – Ü.Cəfərov bildirib.

“Nezavisimaya gazeta” Bakı və Ankara strateji partnyor olduğunu, hərbi sferada müvəffəqiyyətlə əməkdaşlıq etdiyini, regiondakı ən böyük energetika və nəqliyyat layihələri birgə reallaşdırdığını qeyd edib.

“Bunlardan biri TANAP qaz kəməri layihəsidir. Bakı –Tiflis- Qars dəmir yolunun isə ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulub. Xatırladaq ki, yaxın vaxtlarda dəmir yolunun tikintisi üzrə işlərin intensivləşdirməsi Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşündə müzakirə olunub. Siyasilərin fikrincə, layihənin reallaşdırılması üç ölkəyə böyük iqtisadi xeyir verəcək. Çünki, dəmir yolunun istismara verilməsi NATO hərbi yüklərin Əfqanıstandan çıxarılması ilə üst-üstə düşəcək”, - Rusiya nəşri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm