Deputat Elmira Axundova Vilayət Eyvazovun çıxışını tənqid etdi
Bizi izləyin

Nida.az

Deputat Elmira Axundova Vilayət Eyvazovun çıxışını tənqid etdi

Deputat Elmira Axundova Vilayət Eyvazovun çıxışına bəzi tənqidi fikirlər səsləndirib.

Publika.Az xəbər verir ki, bunu çıxışı zamanı millət vəkili Elmira Axundova deyib. O, bir sıra məsələlərin bu hesabatda yer almadığına təəssüfləndiriyni bildirib: “Biz məruzəni dinlədik. Mən də onu qənaətbəxş edirəm. Amma bəzi məsələləri Vilayət müəllimin nəzərinə çatdıraq.

Sualım uşaqların və yeniyetmələrin məcburi əməyə cəlb edilməsi ilə bağlıdır. Deyirsiniz ki, sizin əməkdaşlarınız 45 monitorinq həyata keçirib. Amma nədənsə ictimai nəqliyyatda, məişət obyektlərində belə reydlərin keçirilməsi haqda heç bir informasiya yoxdur.

Ötən dəfə bu məsələlə qaldırılıb. Mən bilmək istəyirəm ki, bu sahədə niyə reydlər keçirilmir. Avtoservislərdə, restoranlarda, şadlıq saraylarında bu problem qalır. Problemi hansısa yolla həll etmək lazımdır. Bəllidir ki, bu restoranlar və şadlıq evləri nüfuzlu şəxslərə məxsusdur və QHT nümayəndələri bura buraxılmır.

Amma bu sahədəki problemləri hansısa yola həll etməklazımdır”. Əli Hüseynli hesabatı müsbət qimyətləndirdiyini deyib.

Təklif edib ki, ikinci Fəaliyət proqramı ictimai müzakirəyə çıxarılsın. Deputat Sabir Rüstəmxanlı isə xaricdən Azərbaycana tərbiyəçilərin gətirilməsinə toxundu. “Bəzi zəngin ailələr Filippindən dayələr gətirib öz uşaqlarını tərbiyə edirlər. Məgər Azərbaycanda ingilis dilini bilən və uşaqları tərbiyə edən qadınlar azdırmı?

Sadəcə zəngin ailələr öz sirlərinin yayılmaması üçün azərbaycanlıları ailələrinə buraxmaq istəmirlər. Mən istəyirəm ki, bu məsələyə də diqqət yetirilsin”-deyə deputat bildirib.

Vilayət Eyvazov hər üç deputatın səsləndirdiyi məsələlərlə bağlı araşdırma aparacaqlarının bildirdi: “Elmira xanımın qaldrdığı məsələ ciddi məsələdir. Biz əsasən şadlıq evlərində az yaşlı qızların, o cümlədən oğlanların məcburi əməyə cəlb edilməsini araşdracağıq.

Qeyd edim ki, bu sahədə araşdırma aparmağımıza hər-hansı maneə ola bilməz. Qaldı ki, Əli müəllimin dediyinə də diqqət ayırılacaq. Dayələrin gətirilməsi ilə bağlı deyilənlərə gəldikdə Azərbaycan inkişaf etmiş ölkədir. İşləmək üçü Azərbaycana gələnlər də var, Azərbaycandan gedənlər də var. Amma bu məsələ ilə bağlı müəyyən addımlar atacağıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm