İranlı ayətullah: "Qarabağ Azərbaycanındır və qaytarılmalıdır"
Bizi izləyin

Nida.az

İranlı ayətullah: "Qarabağ Azərbaycanındır və qaytarılmalıdır"

“Bu gün dünyada baş verən münaqişələr multikulturalizm ideyalarını aktuallaşdırıb. Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan edib. Azərbaycan həmişə dünyada müxtəlif xalqların dinc və yanaşı yaşamasının tərəfdarı olub. Bu gün Azərbaycanda azsaylı xalqların mehribanlıq şəraitində yaşaması digər ölkələr üçün nümunədir”.

Publika.az-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, bunu komitə sədri Mübariz Qurbanlı İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə Təbrizdə görüşdə deyib. Komitə sədri qeyd edib ki, dünyanın bəzi regionlarında dini və etnik zəmində qarşıdurmalar mövcuddur və bu qarşıdurmalar nəticəsində minlərlə insan qətlə yetirilir: “Silahlı qruplaşmalar İslam dini adından sui-istifadə edərək terrorçuluqla məşğul olur. Bunların qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək lazımdır”.

Komitə sədri vurğulayıb ki, müstəqilliyin ilk illərində Azərbaycanda cəmi 17 məscid olub, indi bu rəqəm 2050-yə çatıb: “Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilən Heydər məscidi möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu məsciddə, eyni zamanda 7 min insan ibadət edə bilər”.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan M.Qurbanlı deyib ki, erməni vandalları Şuşada, Ağdamda və işğal altında qalan digər rayonlardakı məscidləri dağıdıb, təhqir ediblər. Ermənilər məscidləri dağıtmaqla yalnız Azərbaycana qarşı deyil, həmçinin, İslam dininə etiqad edənlərə qarşı təhqiramiz hərəkət ediblər. Bunlar cavabsız qalmamalıdır.

Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qeyd edən Ayətullah Şəbüstəri bildirib ki, işğal olunan torpaqlar qaytarılmalıdır. O, dünyada müsəlmanlara qarşı ayrı-seçkiliyin mövcud olduğunu deyib, İslam həmrəylinin zəruriliyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm