Putinin Qarabağ PLANI: Rus politoloq gizli detalları açıqladı
Bizi izləyin

Nida.az

Putinin Qarabağ PLANI: Rus politoloq gizli detalları açıqladı

“Ötən həftə Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya səfərinin bir məqsədi də Putin və İlham Əliyev görüşünün hazırlanması olub. Bu haqda bir neçə mənbənin məlumatında da deyilirdi. Ehtimal ki, Əliyev və Sarkisyanın iyun görüşü olacaqsa, bu, Putinin himayəsi altında Rusiyada baş tutacaq”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksandr Karavayev deyib.

Onun sözlərinə görə, bir çox hərbi və iqtisadi əməkdaşlıq sahələri Rusiyanın regiona diqqətinin artmasında stimul ola bilər.

Politoloq qeyd edib ki, bu gün Azərbaycan Rusiya ilə bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində, eləcə də digər texnologiyaların idxalında sıx əməkdaşlıq edir: “Gələcəkdə, Qarabağ rayonlarının müharibədən sonrakı inkişafı üçün də məhz yüksək texnologiyalar lazım olacaq. Həm də bu layihələrdə üçüncü ölkələr, xüsusilə İran və Rusiya iştirak edəcək. Buna görə də Rusiya və İranla əməkdaşlıq Azərbaycanın prioritetlərindən biridir. Bu mənada Rusiya üçün Azərbaycan-Ermənistan-İran bağının yaradılması əhəmiyyətlidir. Burada əsas aparıcı rolu Azərbaycan oynayır. Əgər doğru yanaşsaq, Qarabağ münaqişəsinin həlli Rusiyanın mövqelərinin möhkəmlənməsinin xeyrinədir. Həm də bu, Rusiyanın Azərbaycanda olan maraqları, eləcə də Ermənistanda iqtisadi mövqelərini gücləndirəcək. Ermənistanla Rusiya arasında nəqliyyat kommunikasiyaları yaranacaq, əlverişli investisiya iqlimi formalaşacaq. Faktlar göstərir ki, Moskva İrəvana münaqişə ilə bağlı razılaşması üçün təzyiq göstərir”.

Lakin politoloqun fikrincə, Qarabağ münaqişəsinin həlli sürətli olmayacaq.

“Lakin Ukrayna böhranında pauzanın yaranmas, Suriya münaqişəsinin ətalət çərçivəsinə daxil olması Dağlıq Qarabağ məsələsinin Putinin qrafikində müəyyən yerə daxil olacağı gözləniləndir”, - deyə politoloq qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm