İlham Əliyev İordaniya kralını təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev İordaniya kralını təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Əlahəzrət,

Əziz Qardaşım,

İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm