Millət vəkili: “Biz, burda işləməyən qanunları müzakirə edirik”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Biz, burda işləməyən qanunları müzakirə edirik”

“Biz burda işləyəmən qanunları müzakirə edirik”.

Bu barədə deputat Aytən Mustafayevə Milli Məclisin iclasında icbari tibbi sığorta qanun layihəsinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, tibbi sığorta haqqında qanun var, amma bu, işləmir: “Tibbi sığorta məsələsinin olmaması bizim bəlamızdır. Bu sığorta yoxdur, deməli pasiyentlərin hüququndan danışa bilmərik. Ölkədə ən prioritet məsələ insan hüquqlarının qorunmasıdır.

Amma ən vacib yaşamaq hüquq qorunmursa necə hüquqdan danışa bilərik”. A. Mustafayevə Azərbaycan səhiyyəsində korrupsiyanın mövcudluğuna toxunub: “Səhiyyədə korrupsiyanın mövcudluğu insanların ölkədə müəlicə almasında problem yaradır. Buna görə də insanlar müalicə üçün xaricə üz tutur”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm