Zahid Oruc Bakı kəndlərindəki "Çin səddi"ndən danışdı
Bizi izləyin

Nida.az

Zahid Oruc Bakı kəndlərindəki "Çin səddi"ndən danışdı

“Daşları Qaradağdan gətizdirib qonşularımızla aramızda Çin səddi kimi çəkirik”.

Publika.Az xəbər verir ki, bu fikirləri parlamentdə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Zahid Oruc səsləndirib. “Hələ yol kənarları bir qırağa, hamımız qonşularımızdan iri divarlarla ayrılırıq.

Bunu milli ənənəmizə necə yeridiblər, bilmirəm. Hasar çəkmək 10 sot əraziyə 3500-4000 manata başa gəlir. Daşları Qaradağdan gətizdirib qonşularımızla aramızda Çin səddi kimi çəkirik”.

Zahid Oruc deyib ki, hər zaman yenilikçi prinsipləri ilə fərqlənən dövlət başçısının bu məsələ ilə əlaqədar sərəncam versə yaxşı olar: “Bu divarları söksək, hərdənbir bir-birimizi görsək, nə olar? Bu, bizim milli bəlamıza çevrilib, gərəksiz bir yükdür, millət bundan azad olmalıdır”.

Vitse-spiker Bahar Muradova isə bu təklifə belə cavab verib: “Əsas insanların qəlbləri arasında hasar olmasın. Azərbaycan xalqı öz rəhbərini, dövlət siyasətini yürüdəcək şəxsi seçərkən, bir qəlbin, bir ürəyin sahibi kimi çıxış edir. Yəqin zamanından bu arzularınıza cavab olar, bu məsələlər ötəridir”.

MM sədrinin müavini Valeh Ələsgərov isə daş hasarların sökülməsi ilə bağlı məsələnin gündəlikdə olmadığını əsas gətirərək buna münasibət bildirməyib.

Amma əvəzində ucqar kəndlərin hamısının qazlaşdırılmasının doğru təklif olduğunu söylədi. “Hər bir kəndə qaz çəkilməsi gözəl bir iş olardı. Amma deputatlar ya özləri, ya da rizyaziyyatı bilən birisindən xahiş etsinlər, hesablasın ki, ucqar kəndlərin qazlaşdırılması neçəyə başa gəlir. bu qədər məsrəfin əvəzində kəndlərdə bioqazlardan istifadəni təklif etdi: “Yoxsa, hər kəndə qaz xətti çəkməyə heç bir ölkənin pulu çatmaz”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm