Nida.az
Uruqvayda Azərbaycan tədbiri – FOTOLAR
Azərbaycanın Uruqvaydakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində 28 may Respublika Günü münasibətilə qəbul keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Uruqvayın xarici işlər nazirinin müavini Xose Luis Kansela, Uruqvay Parlamentinin Senat və Nümayəndələr Palatasının çoxsaylı üzvləri, digər dövlət qurumlarının, siyasi partiyaların, diplomatik korpusun, elmi-akademik, işgüzar dairələrin, mədəniyyət, o cümlədən KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı çıxış edən Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, ölkəmizin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə danışmışdır. Ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə də danışan Azərbaycan diplomatı növbəti illərdə Azərbaycanın digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyinə toxunub.
Çıxışının ardınca Azərbaycanın mədəniyyəti, tarixi, iqtisadi inkişafı, regional enerji və infrastruktur layihələri, o cümlədən ölkəmizdə mövcud olan tolerantlıq və dinlərarası dialoq haqqında video-çarx nümayiş etdirilib.
Vasif Həsənli
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO