• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Vyanada gizli Qarabağ görüşünün ŞOK STENOQRAMI

  • Nida.az
  • 25 May 2016 12:00
  • 2 163 Baxış
Vyanada gizli Qarabağ görüşünün ŞOK STENOQRAMI

Mayın 16-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirlərinin iştirakı ilə Vyanada keçirilən Azərbaycan və Ermənistan prezidentlərin görüşü haqda iki yüksək rütbəli diplomatın qapalı brifinqinin stenoqramı yayılıb.

Publika.az xəbər verir ki, stenoqram Dövlət Departamentinin saytında yayımlanıb. Stenoqramı ixtisarla təqdim edirik:

Dövlət katibi Con Kerrinin rəhbərlik etdiyi heyətə daxil olan diplomatlar prezidentlərin görüşündən əvvəl münaqişənin həlli ilə bağlı bir sıra məqamları açıq şəkildə dilə gətiriblər.

Moderator: Yaxşı uşaqlar, sizin qarşınızda Dövlət Departamentinin iki yüksək rütbəli vəzifəli şəxsləri var. Onlar görüşdən öncə Dağlıq Qarabağ münaqişəsi haqda məlumatlar verəcəklər. Onların kimliyi açıqlanmayacaq və biz onları şərti olaraq, “Yüksək vəzifəli Departamenti rəsmisi -1” və “Yüksək vəzifəli Departamenti rəsmisi – 2” adlandıracağıq.

Daha sonra adı açıqlanmayan diplomatlar Qarabağ münaqişəsinin tarixi haqda məlumat verib, aprel döyüşləri ilə bağlı danışıblar.

Suallara əsasən “Yüksək vəzifəli Departamenti rəsmisi – 1” cavab verib. “Yüksək vəzifəli Departamenti rəsmisi – 2” isə bəzən müdaxilə edib.

“Yüksək vəzifəli Departamenti rəsmisi – 1”-in cavablarını təqdim edirik.

“Yüksək vəzifəli Departamenti rəsmisi -1”: Son 20 ildə təmas xəttində və hər iki ölkənin tanınmış sərhədləri boyunca davamlı olaraq atəş səsləri eşidilib. Aprelin 2-də isə münaqişə kəskin sürətdə qızışdı. 5 aprel tarixinə qədər davam edən döyüşlərdə böyük itkilər oldu. Bundan sonra Dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa XİN rəhbəri Ayro ilə birlikdə prezidentlərin bir araya gətirilməsinin vacibliyi məsələsini müzakirə etdilər. Bu gün burada (Vyanada – red.) bir çox məsələlər prezidentlərlə müzakirə olunacaq.

Biz tərəflərin 1994-cü il atəşkəs razılaşmasına sadiq qalacaqlarına, təmas xəttində etimad mühitinin güclənməsinə və nəhayət danışıqlar prosesinin başlanmasına ümid edirik. Hər iki tərəf münaqişənin hərtərəfli nizama salınması üçün öhdəlik götürməlidirlər. Tərəfləri hər ikisi mövcud status-kvonun dayanıqlı olmadığını və münaqişənin həlli ilə bağlı real prosesin başlanmasının lazımlı olduğunu hesab edir. Dövlət katibi Kerri prezidentlərin yaxın vaxtlarda yenidən görüşərək, müzakirə aparması üçün təkid edəcək.

Sual: Aprelin əvvəlində döyüşlərin başlanmasının səbəbi nə idi?

“Yüksək vəzifəli Departament rəsmisi – 1”: Bunu demək çətindir. Son illər təmas xəttində qarşıdurmalar yaşanırdı. Snayperlər daim tətikdə idilər. Lakin ötən ildən başlayaraq, cəbhəyə ağır artilleriya toplandı və 1994-cü ildən bəri ən şiddətli toqquşmalar baş verdi.

Sual: Rusiyadan nə gözlənilir?

“Yüksək vəzifəli Departament rəsmisi – 1”: Bu gün biz ruslarla burada üz-üzə oturmuşuqsa, deməli onlar da bizimlə eyni fikirdədir. Əslində bu məsələdə bizim Rusiya ilə fikir ayrılığımız yoxdur. Biz gərginliyin azalması və münaqişənin hərtərəfli nizama salınmasını istəyirik. Ruslar da bu iki məsələdə bizimlə razıdırlar.

Sual: Bu gün tərəflərə hansı təkliflər veriləcək?

“Yüksək vəzifəli Departament rəsmisi – 1”: Bu gün təkliflər üzərində işləməyə vaxt çatmayacaq. Lakin bu təkliflərin olmadığı demək deyil. Təkliflər var və bunları prinsiplər, elementlər adlandırırıq. Əslində prinsiplər və elementlər hərtərəfli nizama salmanın əsasını təşkil edir.

Sual: Lakin belə iddialar var ki, tərəflər rusların istəyi ilə buradadır. Ümumiyyətlə siz tərəflərin danışıqlar aparmaq istəyinə inanırsınız?

“Yüksək vəzifəli Departament rəsmisi – 1”: Bu, doğru deyil. Əslində regionda baş verənlərlər bağlı müxtəlif şayiələr gəzir. Ola bilsin ki, hər iki tərəfdə müharibəni dəstəkləyənlər var, amma prezidentlərin bunu istədiyini düşünmürük. Prezidentlər həmişə görüşə açıq olublar. İndiyə qədər biz onların təkbətək görüşünü təşkil etmişik və danışmaları üçün kifayət qədər şərait yaratmışıq. Amma bu dəfə fərqli format seçdik. Ümid edirik ki, danışıqlara qayıtmaq üçün imkanlar tükənməyib.

Sual: Referendum məsələsi nə yerdədir?

“Yüksək vəzifəli Departament rəsmisi – 1”: Bunu Dağlıq Qarabağın statusu adlandırırıq. Prezidentlər statusun Dağlıq Qarabağ əhalisinin özünün həll etməsinə razıdırlar. Ermənilər bunun daha tez olmasını istəyirlər. Amma hərtərəfli nizamlanma olmadan bu mümkün deyil.

Sual: Bəs, Dağlıq Qarabağın tanınması?

“Yüksək vəzifəli Departament rəsmisi – 1”: Bu məsələ ümumiyyətlə gündəmdə deyil. Heç bir ölkə bunu tanımır, o cümlədən Ermənistanın özü.

Qeyd: Daha sonra brifinqdə bir çox məsələlərə toxunulub, Rusiyanın sülhməramlı yerləşdirmək istəyi, eləcə də monitorinqlərin gücləndirilməsi kimi təkliflər haqda danışılıb.

Sonda “Yüksək vəzifəli Departament rəsmiləri” Vyanada görüşün sonunda bəyənatın qəbul ediləcəyini vurğulayıb.

Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>