• USD 1,7000 0,00% EUR 1,9995 0,00%
    • GBP 2,2935 0,00% RUB 0,0287 0,00%

İKGF sədri Sarkisyanı ittiham etdi

  • Nida.az
  • 25 May 2016 12:49
  • 393 Baxış
İKGF sədri Sarkisyanı ittiham etdi

“Ermənistanın nifrət ideologiyası nüvə şantajı qədər təhlükəlidir”. İslam Konfransı Gənclər Forumundan (İKGF) Teleqraf.com-a verilən xəbərə görə, bu sözləri Türkiyənin paytaxtı İstanbul şəhərində BMT-nin egidası altında keçirilən Ümumdünya Humanitar Sammitinin “Post-münaqişə zonalarında təhsil” mövzulu iclasında çıxış edən İKGF sədri Elşad İskəndərov deyib.

Teleqraf.com xəbər verir ki, iclasda eyni zamanda İSESCO və İKGF-ni təmsil edərək çıxış edən Elşad İskəndərov deyib ki, hazırda UNESCO tərəfindən 42 ölkə silahlı münaqişə zonası kimi tanınıb. O, beynəlxalq ictimaiyyətin bu ölkələrdə yalnız gündəlik tələbat yardımları deyil, münaqişədən əziyyət çəkən gənclərin təhsil haqqının təmin olunması üçün də səylər göstərməsinin vacibliyini də vurğulayıb.

Natiq eyni zamanda qeyd etmişdir ki, BMT, UNESCO və rasizmə qarşı fəaliyyət göstərən digər beynəlxalq qurumlar münaqişə tərəflərinin yeni nəslə qarşı yönəlmiş irqi nifrət və insanlığa zidd təbliğatının qarşısının alınması üçün mövcud beynəlxaql mexanizmləri işə salmalıdırlar. Zirvənin açılışında Azərbaycan prezidenti İlham Əliyevin çıxışında səsləndirilən, Ermənistanın nüvə silahı şantajı haqqında çağırışını iclas iştirakçılarının diqqətinə bir daha çatdıran Elşad İskəndərov bildirib ki, Ermənistan rejimi kütləvi qırğın silahını istifadə edəcəyi bəyanatlarını verirsə, bunun səbəbini həmin ölkədəki rejimin insanlığa qarşı nifrət ideologiyası üzərində qurulmasında axtarmaq lazımdır.

“Tarixə baxsag görərik ki, Hitlerin yəhudilərə, Akayesunun tutsi xalqına, Miloşeviçin Srebrenisa sakinlərinə və indiki Ermənistan prezidenti Sarqsyanın Xocalıdakı dinc azərbaycanlılalra qarşı törətdiyi soyqırımların arxasında eyni bənzər ideoloji xətlər dayanır”- deyən E. İskəndərov, bu tərzli nifrət ideologiyalarının erkən tanınması və aşkarlanaraq onlara qarşı fəaliyyətə keçilməsi istiqamətində beynəlxalq mexanizmin yaradılmasını təklif edib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>