• USD 1,7008 +0,01% EUR 1,9972 -0,29%
    • GBP 2,1893 -0,72% RUB 0,0284 0,00%

Yaqub Mahmudov: “İrəvanın 2017-ci ildən sonra...”

  • Nida.az
  • 25 May 2016 15:38
  • 654 Baxış
Yaqub Mahmudov: “İrəvanın 2017-ci ildən sonra...”

2017-ci ildə İrəvanın Ermənistanın paytaxtı olması müddətinin bitməsi ilə bağlı səsləndirilən fikirlər doğru deyil.

Publika.az xəbər verir ki, bu sözləri Tarix İnstitutunun direktoru Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib.

Y.Mahmudov ermənilər qarşısında belə bir müddət qoyulmadığını əlavə edib:

“1918-ci ildə mayın 29-da bağlanan müqavilədə sadəcə müəyyən şərtlər daxilində razılaşma əldə olunub. Bu səhv addım idi. Həmin müqavilədən sonra Azərbaycan Xalq Cumhuriyyəti hökmən bəyanat verməli idi ki, beynəlxalq təzyiq nəticəsində öz torpaqlarından əl çəkməyə məcburdur. Lakin ora Azərbaycan torpaqlarıdır, öz ərazimizə varislik hüququnu saxlayırıq. Fikrimcə, bizim varislik hüququmuz hüquqi qüvvədədir. Çünki bu torpaqlar verilərkən irəli sürülən şərtlərin hamısını ermənilər pozub. Ona görə də biz həmin torpaqların sahibiyik. Lakin həmin razılaşmada vaxt qoyulmayıb. Azərbaycan xalqı ermənilərə öz məqəddəratını həll etmək hüququ verib. Onlar da bizim torpağımızda dövlət yaradıblar”.

Y.Mahmudov onu da vurğulayıb ki, Azərbaycan Xalq Cumhuriyyəti İrəvanı və ətrafındakı 9 min kv km ərazini ermənilərə güzəştə gedərkən ermənilər soyqırımı həyata keçirməyəcəklərinə, bir daha ərazi iddiası irəli sürməyəcəklərinə söz vermişdilər:

“Lakin verdikləri heç bir sözü yerinə yetirmədilər. Tarixi faktlar deyir ki, orada azərbaycanlılara aid 8 məscid olub. Bu gün isə yalnız biri - Göy Məscid qalıb, onu da İrana 99 illiyə icarəyə veriblər. Bunu da fars məscidi adı ilə təqdim edirlər. Biz demirik ki, qonşuluğumuzda olanlar o torpaqlardan çıxıb getsinlər. Biz deyirik ki, həmin torpaqlar bizim ərazimizdir. Bizim tariximiz ayrı-ayrı dövrlərdə amansızcasına təhrif edilib. Azərbaycan torpaqları iki ölkə arasından bölüşüdürüləndən sonra belə şimaldakı torpaqlarımız dəfələrlə bölüşdürülüb. Rus imperiyasına qatılan ərazimizdə 1918-ci ildə yeni bir dövlət - Erməni dövləti yaradılıb. Erməni etnosu bizim torpaqlarımıza köçürülüb. Azərbaycan xalqı tarixinə sahib çıxarkən hökmən keçmiş tarixi olduğu kimi araşdırmalıdır.

Azərbaycan respublikası ilə həmsərhəd olan, bir zamanlar ərazimizə daxil olan ərazilərin tarixini araşdırmalıyıq. Borçalı, Dərbəndlə yanaşı İrəvanın tarixini araşdırmalıyıq. Təəssüf ki, keçmiş İrəvan xanlığının ərazisi Azərbaycan tarixinə daxil edilməyib. Nəticədə, 180-200 il əvvəl bura köçürülən ermənilər tariximizə sahib çıxıb. Bütün dünya elminə özlərinin bu yerlərin aborogen- yerli əhalisi olduğunu bəyan ediblər. Biz isə bunun əksini sübut etmişik. Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı Azərbaycan, ingilis, rus, rumın, italyan, ispan və ərəb dillərində çap olunub”.

İnstitut direktoru İrəvan xanlığının ərazisində son 200 ili çıxmaq şərtilə bütün abidələrin bizə məxsus olduğunu deyib:

“Düzdür, sonradan onların bir çoxunun adı dəyişdirilib. Ermənistan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə dəyişdirilən yer adları ilə bağlı kitab buraxmışıq. Həmin kitabda hansı adın nə vaxt dəyişdirilməsi qeyd olunub”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR