• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

İlham Əliyev Avstriya prezidentinə təbrik ünvanladı

  • Nida.az
  • 25 May 2016 16:27
  • 270 Baxış
İlham Əliyev Avstriya prezidentinə təbrik ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Van der Bellen,

Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Avstriya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>