Məmməd Əhmədzadə etimadnaməsini Ertarin Kazinə təqdim edib
Bizi izləyin

Nida.az

Məmməd Əhmədzadə etimadnaməsini Ertarin Kazinə təqdim edib

Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Roma şəhərində agentlikləri yanında daimi nümayəndəsi təyin olunması ilə bağlı etimad məktubunu qərargahı Roma şəhərində yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Ertarin Kazinə təqdim edib.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, etimad məktubu təqdim edildikdən sonra səfir M.Əhmədzadə ilə icraçı direktor E.Kazin arasında görüş keçirilib. ÜƏP-in icraçı direktoru Azərbaycanın son 15 il ərzində əldə etdiyi nailiyyətlərdən, xüsusən insan inkişafı indeksi üzrə əldə etdiyi mövqedən məmnunluğunu bildirib.

Azərbaycanla ÜƏP münasibətlərindən danışaraq əvvəllər Azərbaycanın ÜƏP yardımlarından yararlandığını qeyd etmiş, ölkənin iqtisadi və maliyyə imkanlarının artması ilə ÜƏP-in 2013-cü ildən Azərbaycanda öz yardım fəaliyyətini dayandırdığını və artıq ÜƏP-in Azərbaycana donor ölkəsi kimi baxdığını vurğulayıb.

M.Əhmədzadə müstəqilliyin ilk illərindən Azərbaycanla ÜƏP arasında qurulmuş əməkdaşlıqdan, Azərbaycan hökuməti ilə bu qurum arasında mövcud olmuş yüksək səviyyəli görüşlərdən danışıb, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin formalaşdığı anda ÜƏP-ın ölkəmizə humanitar yardımlarının əhəmiyyətini qeyd edib. M.Əhmədzadə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər nəticəsində donor ölkəsinə çevrildiyi, son illər ölkəmiz tərəfindən beynəlxalq səviyyədə həyata keçirilən yardım və inkişafa dəstək siyasəti barədə məlumat verib, bu xüsusda ÜƏP ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüş zamanı Azərbaycan və ÜƏP arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm