Fransa Xədicə İsmayılova qərarını alqışladı
Bizi izləyin

Nida.az

Fransa Xədicə İsmayılova qərarını alqışladı

Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi jurnalist Xədicə İsmayılovanın ötən gün Ali Məhkəmənin qərarı ilə şərti azadlığa buraxılması ilə bağlı bəyanat verib.

Bu barədə Publika.az-a Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bəyanatda deyilir ki, Fransa jurnalist Xədicə İsmayılovanın cəza müddətinin azaldılması haqqında Azərbaycanın Ali Məhkəməsi tərəfindən verilən qərardan sonra azad edilməsi xəbərini böyük məmnunluqla qarşılayıb. Bu sevindirici hadisə bu il aprelin 19-da Leyla və Arif Yunusovların azad olunmasından sonra baş verir.

Fransa Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsində yeni nailiyyətlər əldə olunmasını arzu edir”.

Səfirlik xatırladır ki, Xədicə İsmayılova 2015-ci sentyabrın 1-də məhkum edilib və ona şərti cəza verilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm